Yevlaxda qaçırdığı avtomobili yandıran şəxs saxlanılıb

Yevlaxda qaçırdığı avtomobili yandıran şəxs saxlanılıb Bakı. 26 yanvar. REPORT.AZ/ Ötən gün Yevlax rayonu ərazisindən avtomobil qaçırılması barədə Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.
Hadisə
26 Yanvar , 2018 13:22
Yevlaxda qaçırdığı avtomobili yandıran şəxs saxlanılıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Ötən gün Yevlax rayonu ərazisindən avtomobil qaçırılması barədə Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırmalarla saat 01 radələrində Gəncə şəhər sakini Telman Pənahova məxsus “Ford Transit” markalı avtomobilin Havarlı kəndi ərazisindən qaçırılması məlum olub Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Avtomobil saat 02 radələrində Ağdaş rayonunun Şıxlı kəndinin ərazisində yanan vəziyyətdə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən aşkar edilib. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.

Təxirəsalınmaz tədbirlərlə avtomobili qaçıraraq yandırmaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Orxan Mustafayev qısa zamanda polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Yevlax RPŞ tərəfindən araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi