Yevlaxda önünə it çıxan avtomobil qəzaya düşüb, xəsarət alanlar var - YENİLƏNİB

Yevlaxda önünə it çıxan avtomobil qəzaya düşüb, xəsarət alanlar var - YENİLƏNİB Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
2 Noyabr , 2019 14:38
Yevlaxda önünə it çıxan avtomobil qəzaya düşüb, xəsarət alanlar var - YENİLƏNİB

Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, Daşkəsən sakini, 1979-ci il təvəllüdlü Məmmədov İlkin Rəhman oğlu və Bakı sakini, 1991-ci il təvəllüdlü Abiyev  Zaur  Qurban oğlu müxtəlif növ bədən xəsarəti alıblar. Yaralılar Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.


*** 12:13

Bakı-Qazax avtomobil yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, "Mercedes" markalı minik avtomobili magistral yolda hərəkətdə olan zaman anidən yola it çıxıb.

Sürücü iti vurub və daha sonra idarəetməni itirərək maşını yol kənarındakı maneəyə çırpıb.

Qəza nəticəsində avtomobildə olan 2 sərnişin xəsarət alıb və xəstəxanaya aparılıb. Sürücünün isə xəsarət almadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi