Yevlaxda odlu silahla qətlə yetirilən şəxs məktəb direktoru olub

Yevlaxda odlu silahla qətlə yetirilən şəxs məktəb direktoru olub Hadisə o, işdən çıxıb evə gedən zaman baş verib
Hadisə
31 Mart , 2017 00:54
Yevlaxda odlu silahla qətlə yetirilən şəxs məktəb direktoru olub

Yevlax. 31 mart. REPORT.AZ/ Martın 30-da Yevlax rayonunda odlu silah ilə törədilən qətlin bəzi təfərrüatları məlum olub.

"Report"un Qərb bürosu xəbər verir ki, güllələnərək öldürülən Tağı Qurbanov Hacıselli kənd orta məktəbinin direktoru olub.

Hadisə o, işdən çıxıb evə gedən zaman baş verib. Azaq Musayev adlı şəxs aralarında yaranmış mübahisə zəminində həmkəndlisinə "İJ" markalı ov tüfəngindən atəş açıb. Müxtəlif bədən xəsarətləri alan T.Qurbanov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, mərhum uzun illər kənd məktəbinə rəhbərlik edib, şagirdlər, valideynlər ondan razı olublar. Yevlax rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qətli törədən şəxs saxlanılıb, onun hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "İJ" markalı tüfəng götürülüb.

Son xəbərlər

Orphus sistemi