Yevlaxda motosiklet aşıb, xəsarət alanlar var

Yevlaxda motosiklet aşıb, xəsarət alanlar var Yevlaxda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
31 May , 2019 01:07
Yevlaxda motosiklet aşıb, xəsarət alanlar var

Yevlaxda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Aran qəsəbəsi yolunda qeydə alınıb. Sürətlə hərəkətdə olan avtomobilin motosikletə yandan sürtərək keçməsi səbəbindən motosiklet sürücüsü, 1974-cü il təvəllüdlü İlqar Əliyev idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. 

Nəticədə özü və sərnişini 34 yaşlı Nəsimi Rzayev müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya aparılıb. 

Onların vəziyyətinin kafi və qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi