Yevlaxda sərnişin mikroavtobus qəzaya düşüb, xəsarət alanlar var - YENİLƏNİB

Yevlaxda sərnişin mikroavtobus qəzaya düşüb, xəsarət alanlar var - YENİLƏNİB Bakı-Qazax yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.
Hadisə
20 İyun , 2019 18:40
Yevlaxda sərnişin mikroavtobus qəzaya düşüb, xəsarət alanlar var - YENİLƏNİB
Report.az

Bakı-Qazax yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı 1988-ci il təvəllüdlü Lamiyə Hüseynova və Samux rayon sakini, 1966-cı il təvəllüdlü Məlahət Əliyeva lmüxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  

Faktla bağlı araşdırma aparılır.


*** 17:56

Yevlax rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Gəncə istiqamətində hərəkətdə olan "Ford" markalı sərnişin mikroavtobusu ilə "VAZ-2107" markalı minik avtomobili toqquşub. Nəticədə "VAZ" maşını zərbənin gücündən aşıb. 

Hadisə zamanı xəsarət alanların olduğu bildirilir. Əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi