Yevlaxda koronavirus əleyhinə reydlər keçirilir

Yevlaxda koronavirus əleyhinə reydlər keçirilir Prezident İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində verilən tapşırıqların icrası ilə bağlı Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən ciddi tə
Hadisə
1498
2 İyul , 2020 23:46
Yevlaxda koronavirus əleyhinə reydlər keçirilir

Prezident İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində verilən tapşırıqların icrası ilə bağlı Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən ciddi təxirəsalınmaz tədbirlər həyata keçirilib. 

"Report"un məlumatına görə, Yevlax Rayon İcra Hakimiyyəti başçısı Anar Tağıyevin rəhbərliyi ilə Rayon Prokuroru, Rayon Polis İdarəsinin rəisi, aidiyyəti qurumların məsul nümayəndələri, Bələdiyyənin əməkdaşları, fəal gənclər və könüllülərdən ibarət yaradılan mobil qruplar tərəfindən reydlərə başlanılıb.

Reydlər zamanı fəaliyyətinə icazə verilmiş ictimai-iaşə və ticarət obyektlərində həyata keçirilən reydlər zamanı vətəndaşlarla maarifləndirmə işləri aparılır, aşkarlanan ciddi qanun pozuntuları polis əməkdaşları tərəfindən sənədləşdirilir və Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə zidd fəaliyyət göstərən obyektlərə sonuncu dəfə xəbərdarlıq edilərək tibbi qoruyucu maskalardan istifadə və sanitar-gigiyena qaydalarına ciddi riayət edilməsi barədə göstərişlər verilir. 

Reyd keçirilən bütün obyektlərdə işçi heyətinə canlı təmas zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadənin, sosial məsafənin gözlənilməsinin vacibliyi və əhəmiyyəti barədə də ətraflı məlumat verilir.

 Rayonda keçirilən reyd və maarifləndirmə tədbirləri axşam saatlarında da davam etdirilərk və karantin dövründə hər gün davam etdiriləcəkdir.