Yevlaxda keçmiş məhkum qohumu tərəfindən qətlə yetirilib - YENİLƏNİB-2

Yevlaxda keçmiş məhkum qohumu tərəfindən qətlə yetirilib - YENİLƏNİB-2 Yevlax rayonunda keçmiş məhkumu bıçaqlayaraq qətlə yetirən şəxs saxlanılıb.
Hadisə
1 İyul , 2019 14:01
Yevlaxda keçmiş məhkum qohumu tərəfindən qətlə yetirilib - YENİLƏNİB-2

Yevlax rayonunda keçmiş məhkumu bıçaqlayaraq qətlə yetirən şəxs saxlanılıb. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qətli törədən şəxsin tapılması istiqamətində Yevlax Rayon Polis Şöbəsi və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən, mərhumun qohumu və həmkəndlisi Murad Hüseynov saxlanılıb. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


*** 12:48

Yevlax rayonunda bıçaqlanan keçmiş məhkum yerləşdirldiyi xəstəxanada ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Malbinəsi kənd sakini N.Hüseynov naməlum şəxs tərəfindən bıçaqlanaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əməliyyat olunaraq Reanimasiya şöbəsinə yerləşdirilən N.Hüseynov həkimlərin səyinə baxmayaraq onu həyatını xilas etmək mümkün olmayıb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yevlax rayon şöbəsinə yerləşdirilib. 

Hadisəni törədən şəxsin axtarışları davam etdirilir. 


*** 9:23

Yevlax rayonunda keçmiş məhkum bıçaqlanıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Malbinəsi kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini Nicat Hüseynov naməlum şəxs tərəfindən bir neçə bıçaq zərbəsi alıb.

O Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralı dərhal əməliyyat olunub və vəziyyəti ağır olaraq qalır. 

Hadisənin kim tərəfindən və hansı şəraitdə törədilməsi hələlik məlum deyil

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi