Yevlaxda inzibati binada yanğın olub

Yevlaxda inzibati binada yanğın olub Yevlaxda inzibati binada yanğın hadisəsi baş verib.
Hadisə
1761
19 Sentyabr , 2020 09:07
Yevlaxda inzibati binada yanğın olub

Yevlax rayonunda inzibati binada yanğın hadisəsi baş verib.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Yevlax şəhərinin Aşağı Salamabad kəndində ümumi sahəsi 800 m² olan birmərtəbəli inzibati binanın (bir hissəsi fəaliyyət göstərmir, yararsızdır) fəaliyyət göstərməyən hissəsində tavan 65 m² sahədə və döşəmə 1 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi