Yevlaxda inək yol qəzasına səbəb olub, xəsarət alan var

Yevlaxda inək yol qəzasına səbəb olub, xəsarət alan var Yevlax rayonunda yol qəzası baş verib.
Hadisə
15 Oktyabr , 2019 20:00
Yevlaxda inək yol qəzasına səbəb olub, xəsarət alan var

Yevlax rayonunda yol qəzası baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Aran qəsəbəsində qeydə alınıb. 

Belə ki, "Jeep" markalı avtomobil qarşısına çıxan inəyi vurub. Arxadan gələn "VAZ 2107" markalı avtomobil isə yaralı vəziyyətdə olan heyvanı əzərək "Jeep"ə çarpılıb. Nəticədə VAZ-ın sərnişini, Samux rayon sakini, 1962-ci il təvəllüdlü Təranə Ələkbərova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi