Yuxarı

Yevlaxda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

Faktla bağlı araşdırma aparılır

Bakı. 30 avqust. REPORT.AZ/ Yevlax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. "Report" xəbər verir ki, hadisə rayonun Qaraməmmədli kəndinin ərazisində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakinləri Əli Heydərovun idarə etdiyi “MTZ-80” markalı taraktorla və Qəhrəman Allahverdiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil toqquşub.

Nəticədə “VAZ-2106"-nın sürücüsü Q.Allahverdiyev və onun sərnişini - anası Raya Allahverdiyeva hadisə yerində ölüblər.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi