Yevlax-Bərdə yolunda avtomobil qəzası olub, 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Yevlax-Bərdə yolunda avtomobil qəzası olub, 5 nəfər xəsarət alıb - YENİLƏNİB Yevlax rayonu ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
26 Aprel , 2023 15:52
Yevlax-Bərdə yolunda avtomobil qəzası olub, 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Yevlax-Bərdə avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində 2 minik avtomobili toqquşub.

"Report"un Qərb bürosunun məlumatına görə, bunlar 1982-ci il təvəllüdlü Ramil Qəribov, 1995-ci il təvəllüdlü Şamil Hüseynov, 1994-cü il təvəllüdlü Gülnar Ababsova, 1995-ci il təvəllüdlü Əfsanə Allahverdiyeva və 1983-cü il təvəllüdlü Bəxtiyar Əhmədovdır.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

14:53

Yevlax rayonu ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yevlax-Bərdə yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "LADA 012" markalı avtomobillə "Renault" markalı avtomobilin toqquşub.

Nəticədə "LADA" markalı avtomobildə olan 2 nəfər qadın xəsarət alıblar.

Yaralılar Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi