Yevlaxda Gürcüstan vətəndaşları avtomobil qəzasına düşüb

Yevlaxda Gürcüstan vətəndaşları avtomobil qəzasına düşüb Yevlax. 8 oktyabr. REPORT.AZ/ Yevlax rayonunda yol qəzası baş verib.
Hadisə
8 Oktyabr , 2018 17:25
Yevlaxda Gürcüstan vətəndaşları avtomobil qəzasına düşüb
0 : 00
0 : 00

Yevlax. 8 oktyabr. REPORT.AZ/ Yevlax rayonunda yol qəzası baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, KİA markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə Gürcüstan vətəndaşları olan üç nəfər  - Aleksi Qusaraşvili (1963), Vano Makaraşvili (1980) və Beşik Suxuşvili (1982) ağır yaralanıb. Avtomobilin sürücüsü, Sabirabad rayon sakini, 1987-ci il təvəllüdlü Rəsul Rüstəm oğlu Abışovun vəziyyəti isə qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi