Yevlaxda evlərdən 32000 dollar və qızıl-zinət əşyaları oğurlayan dəstə üzvləri saxlanılıblar

Yevlaxda evlərdən 32000 dollar və qızıl-zinət əşyaları oğurlayan dəstə üzvləri saxlanılıblar Bakı. 10 may. REPORT.AZ/ Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini A.Süleymanovun evindən qızıl-zinət əşyaları və sənəd oğurlamaqda şübhəli bilinən qrup üzvləri saxlanılıblar.
Hadisə
10 May , 2018 11:12
Yevlaxda evlərdən 32000 dollar və qızıl-zinət əşyaları oğurlayan dəstə üzvləri saxlanılıblar
0 : 00
0 : 00

Bakı. 10 may. REPORT.AZ/ Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini A.Süleymanovun evindən qızıl-zinət əşyaları və sənəd oğurlamaqda şübhəli bilinən qrup üzvləri saxlanılıblar. 

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırmalarla onların şəhər sakinləri Məhərrəm Aslanov və Vəfadar Pənəliyev olduqları müəyyən edilib.

Ətraflarında aparılan tədbirlərlə onların digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, onların aprelin 30-da digər həmyerliləri Rəşad  Cabbarovla birgə şəhər ərazisindəki başqa bir evdə seyfdən 32000 ABŞ dolları pul və 18645 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilib.

Görülmüş tədbirlərlə qrupun digər üzvü R.Cabbarov da saxlanılıb.

Polis əməkdaşları tərəfindən 10000 ABŞ dolları və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi onlardan götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi