Yevlaxda binanın eyvanı uçub, iki qadın yaralanıb

Yevlaxda binanın eyvanı uçub, iki qadın yaralanıb Onların vəziyyəti orta ağır kimi qiymətləndirilir
Hadisə
22 İyul , 2015 12:51
Yevlaxda binanın eyvanı uçub, iki qadın yaralanıb

Bakı. 22 iyul. REPORT.AZ/ Yevlax rayonunun mərkəzində yataqxana binasının eyvanı uçub. Yevlax Rayon Polis Şöbəsindən “Report”a verilən məlumata görə, hadisə zamanı eyvanda olan Dilarə Həşimova və Zeynəb Yusifova xəsarət alıb.

Xəsarət alan hər iki qadın Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Onların vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi