​Yevlaxda baş verən yol qəzası ölümlə nəticələnib

​Yevlaxda baş verən yol qəzası ölümlə nəticələnib Yanğın nəticəsində minik avtomobilinin bəzi hissələri yanıb
Hadisə
20 Dekabr , 2014 01:35
​Yevlaxda baş verən yol qəzası ölümlə nəticələnib

Bakı. 20 dekabr. REPORT.AZ/ Yevlax rayonu, Xaldan-Mingəçevir yolunun 8-ci kilometrliyində ağır yol qəzası baş verib.

“Report"un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, "KAMAZ" markalı yük avtomobili ilə "MERCEDES" markalı minik avtomobilinin toqquşması nəticəsində hadisə yerində yanğın baş verib. Yanğın nəticəsində minik avtomobilinin bəzi hissələri yanıb. Hadisə nəticəsində 1964-cü il təvəllüdlü İsmayılov Famil Möhtərəm oğlu dünyasını dəyişib. Yanğınsöndürənlər F.İsmayılovun cəsədini avtomobildən çıxararaq aidiyyəti orqana təhvil veriblər.

Daha sonra isə FHN əməkdaşları yük avtomobilinin yanğından mühafizəsini təşkil ediblər.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Son xəbərlər

Orphus sistemi