Yevlaxda avtomobil qəzası olub, iki nəfər ölüb

Hadisə
  • 17 noyabr, 2026
  • 13:48
Yevlaxda avtomobil qəzası olub, iki nəfər ölüb

Yevlax rayonunda baş verən avtomobil qəzasında iki nəfər ölüb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Aran qəsəbəsi ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, "Infiniti" markalı avtomobilin idarəetməni itirərək yol kənarına aşması nəticəsində maşında olan Naftalan şəhər sakinləri Tural Əliyev və Pəri Məstəliyeva aldıqları xəsarətlərdən ölüblər.

Faktla bağlı araşdırma aparılır.

44 filmi