Şəkidə avtomobillər toqquşub, ölən var

Şəkidə avtomobillər toqquşub, ölən var Şəkidə yol-nəqliyyat hadisəsi olub
Hadisə
17 May , 2021 09:23
Şəkidə avtomobillər toqquşub, ölən var
0 : 00
0 : 00

Şəkidə yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, mayın 15-i saat 23 radələrində Şəki rayonu Qoxmuq kəndi ərazisində Zəngilan rayon sakini İ.Kərimovun idarə etdiyi “Volkswagen” və Şəki şəhər sakini E.Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ-2107” markalı avtomobildə sərnişin qismində əyləşən F.Verdiyev müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, mayın 16-da orada ölüb.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi