Yevlaxda avtomobilin vurduğu piyadanı digər avtomobil 40 metr sürüyüb - YENİLƏNİB

Yevlaxda avtomobilin vurduğu piyadanı digər avtomobil 40 metr sürüyüb - YENİLƏNİB Yevlax. 13 sentyabr. REPORT.AZ/ Yevlax rayonunda avtomobilin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub.
Hadisə
13 Sentyabr , 2018 13:10
Yevlaxda avtomobilin vurduğu piyadanı digər avtomobil 40 metr sürüyüb - YENİLƏNİB

Yevlax. 13 sentyabr. REPORT.AZ/ Yevlax rayonunda avtomobilin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub.

"Report"un yerli bürosunun xəbərinə görə, Yevlax şəhərinin ərazisində Bərdə rayon sakini Sadiq Nəbiyev idarə etdiyi “VAZ-21101” markalı avtomobillə yolu keçən Mingəçevir şəhər sakini, 1992-ci il təvəllüdlü Xaqani Kamil oğlu Cəfərovu vurub. 

Daha sonra həmin şəxs zərbədən yolun əks istiqamətində hərəkətdə olan Ağdam rayon sakini Savalan Abdullayevin idarə etdiyi “Mercedes” markalı avtomobilə dəyib. Xəstəxanaya çatdırılan yaralı orada ölüb. 

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


***01:23

Yevlax. 13 sentyabr. REPORT.AZ/ Yevlax rayonunda piyadının vurulması ilə baş verən verən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, Yolu qarşı tərəfə keçmək istəyən piyada "VAZ-21101" markalı avtomobil tərəfindən vurulub. Huşsuz vəziyyətdə yolun ortasında qalan piyadanı daha sonra "Mercedes" markalı avtomobil vurub və onu təxminən 40 metr özü ilə sürüyüb. Ağır bədən xəsarətləri alan yaralı xəstəxanaya çatdırlıb və orada ölüb.


*** 12 sentyavr, saat 22:58

Yevlax. 12 sentyabr. REPORT.AZ/ Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax şəhər ərazisindən keçən hissəsində qeydə alınıb. Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi