Yevlaxda avtomobil tərəfindən vurulmuş qadın dünyasını dəyişib

Yevlaxda avtomobil tərəfindən vurulmuş qadın dünyasını dəyişib Təzəgül Qasımova ruhi xəstə olub
Hadisə
24 Oktyabr , 2017 20:41
Yevlaxda avtomobil tərəfindən vurulmuş qadın dünyasını dəyişib
Report

Yevlax. 24 oktyabr. REPORT.AZ/ Yevlax rayonunda avtomobil tərəfindən vurularaq ağır xəsarətlər alan qadın xəstəxanada ölüb.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə oktyabrın 18-də Mingəçevir - Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonunun Salahlı kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, kənd sakini, 1954-cü il təvəllüdlü Qasımova Təzəgül Cəfər qızının “VAZ-21099” markalı avtomobilin yoluna çıxması nəticəsində maşın onu vuraraq ağır xəsarətlər yetirib. Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb. O, bu gün dünyasını dəyişib. 

T. Qasımovanın ruhi xəstə olduğu bildirilir.

Qeyd edək ki, o, Kəlbəcər rayonundan məcburi köçkündür.

Son xəbərlər

Orphus sistemi