Yevlaxda avtomobil piyadanı vurub

Yevlaxda avtomobil piyadanı vurub Yevlaxda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
17 Aprel , 2019 02:04
Yevlaxda avtomobil piyadanı vurub

Yevlaxda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə rayonun Quşçu kənd yolunda qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən 1968-ci il təvəllüdlü Azad Nağıyevi "Ford" markalı avtomobil vurub. Piyada müxtəlif bədən xəsarətləri alaraq, Mingəçevir şəhər Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi