Yevlaxda avtomobil piyadanı vuraraq öldürüb

Yevlaxda avtomobil piyadanı vuraraq öldürüb Yevlax. 7 avqust. REPORT.AZ/ Yevlax şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
7 Avqust , 2018 11:17
Yevlaxda avtomobil piyadanı vuraraq öldürüb

Yevlax. 7 avqust. REPORT.AZ/ Yevlax şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Bərdə rayon sakini Əlizamin Hüseynov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Ağdam rayonundan olan məcburi köçkün, 1973-cü il təvəllüdlü Elçin Mübariz oğlu Əliyevi vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi