Yevlaxda avtomobil aşıb, yaralılar var - YENİLƏNİB

Hadisə
  • 31 may, 2018
  • 05:58
Yevlaxda avtomobil aşıb, yaralılar var - YENİLƏNİB
Report

Yevlax. 31 may. REPORT.AZ/ Yevlaxda baş verən ağır yol qəzası zamanı xəsarət alan şəxslərdən birinin adı məlum olub. 

"Report"un Qərb bürosu xəbər verir ki, qəza nəticəsində 1988-ci il təvəllüdlü Elena Ramal qızı Əlizadə ağır bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə zamanı avtomobilin sürcüsü də xəsarət alıb.


***9:58

Yevlax. 31 may. REPORT.AZ/ Yevlax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. 

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə dəmir yolunun rayonun Aran qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.

Belə ki, ilkin məlumata görə “VAZ-2106” markalı avtomobil dəmir yolu keçidinə çırpılaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. Yaralılar Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.