Yevlaxda avtomobil aşıb, xəsarət alan var

Yevlaxda avtomobil aşıb, xəsarət alan var Yevlax. 4 yanvar. REPORT.AZ/ Yevlax rayonunda yol qəzası baş verib.
Hadisə
4 Yanvar , 2019 17:52
Yevlaxda avtomobil aşıb, xəsarət alan var

Yevlax. 4 yanvar. REPORT.AZ/ Yevlax rayonunda yol qəzası baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Xaldan-Mingəçevir yolunun 6-cı kilometrliyində, rayonun Əkşəm kəndi yaxınlığında qeydə alınıb. 

Belə ki, Mingəçevir şəhər sakini Xəyyam Müstafayevin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil hərəkətdə olan zaman təkəri partlayıb. Nəticədə avtomobil idarəetmədən çıxaraq aşıb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi