Yevlaxda avtomobil aşıb, xəsarət alan var 

Yevlaxda avtomobil aşıb, xəsarət alan var  Yevlax şəhərində yol qəzası olub
Hadisə
26 Aprel , 2021 14:04
Yevlaxda avtomobil aşıb, xəsarət alan var 

Yevlax şəhərində yol qəzası olub.

"Report"un məlumatına görə, "Lada Priora" markalı minik avtomobili hərəkətdə olarkən anidən qarşısına digər avtomobil çıxıb.

Bu zaman sürücü, Yevlax rayon sakini, 1999-cu il təvəllüdlü Mətləb Hüseynov qəzadan yayınmağa çalışıb, lakin o, idarəetməni itirib və avtomaşınını aşırıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan M.Hüseynov xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi