Yevlaxda avtomobil aşıb, kişi və arvadı yaralanıb, övladlarından biri ölüb
Hadisə
- 25 aprel, 2023
- 08:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Yevlax rayonunda ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, aeroport yolunda qeydə alınıb.
Belə ki, "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə, sürücü və avtomobildə olan sərnişinlər - sürücünün həyat yoldaşı və övladı xəsarət alıblar.
Eyni zamanda sürücünün avtomobildə olan digər övladı - 2022-ci il təvəllüdlü A.Bəkirov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
11:27
"Sabah" - "Slaviya" oyununda antirekord qeydə alınıb
Futbol
11:25
Elnur Əliyev: "18 yerli müəssisəyə transformasiya yol xəritəsi hazırlanıb"
Biznes
11:21
"Azərbaycan Biznesinin İnkişafı Fondu" 8 ayda 223 milyon manat güzəştli kredit ayırıb
Biznes
11:14
AAYDA: Bakıda 90 küçə və prospektdə təmir yekunlaşıb
İnfrastruktur
11:14
Foto
İğdırda Azərbaycan İncəsənət Həftəsi keçirilib
Mədəniyyət siyasəti
11:06
Azər Əmiraslanov: "Rəqabət mühitində dövlət dəstəyi şirkətləri daha məsuliyyətli edir"
İnfrastruktur
11:03
Səfir: "Baku Build" sərgisində 46 İtaliya şirkəti iştirak edir"
İnfrastruktur
11:01
"Sabah"ın futbolçusu Coy-Lens Mikels: "Slaviya" ilə matçın ən yaxşısı seçilmək mənim üçün çox özəldir"
Futbol
10:58
Azər Əmiraslanov: "Rəqabət mühitinin qorunmasının konstitusion təminatı var"
Biznes