​Yevlaxda avtomobil aşıb, 4 nəfər ağır yaralanıb

​Yevlaxda avtomobil aşıb, 4 nəfər ağır yaralanıb Hadisə sürücünün idarəetməni itirməsi nəticəsində baş verib
Hadisə
7 May , 2015 23:28
​Yevlaxda avtomobil aşıb, 4 nəfər ağır yaralanıb

Bakı. 7 may. REPORT.AZ/ Bu gün saat 20:00 radələrində Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatalogiya şöbəsinə qəza nəticəsində xəsarət alan 32 yaşlı Göygöl rayon sakini Etibar Hüseynov ağır vəziyyətdə gətirilib.

"Report" xəbər verir ki, zərərçəkmiş Yevlax rayon ərazisində qəza zamanı xəsarət alıb.

Belə ki, Etibar Hüseynov və daha 3 nəfər taksi fəaliyyəti ilə məşğul olan şəxsin "Mercedes" markalı avtomobili ilə Bərdədən Yevlaxa gələrkən sürücü idarəetməni itirib və nəticədə avtomobil aşıb.

Qəzada sürücü xəsarət almasa da, avtomobildə olan dörd sərnişin ağır yaralanıb.

Yaralılara Yevlax Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra 3 nəfər Bərdə xəstəxanasına, 1 nəfər isə Gəncəyə göndərilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi