Yevlaxda avtomobil ağaca çırpılıb, sürücü ağır xəsarət alıb

Yevlaxda avtomobil ağaca çırpılıb, sürücü ağır xəsarət alıb Yevlax. 8 yanvar. REPORT.AZ/ Yevlax rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
8 Yanvar , 2019 11:21
Yevlaxda avtomobil ağaca çırpılıb, sürücü ağır xəsarət alıb
0 : 00
0 : 00

Yevlax. 8 yanvar. REPORT.AZ/ Yevlax rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Tanrıqulular kənd ərazisində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2107" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb və daha sonra aşıb. Nəticədə sürücü, 1989-cu il təvəllüdlü Namiq Hüseyn oğlu Abdullayev ağır xəsarət alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi