Yevlaxda yol qəzası baş verib, xəsarət alanlar var - YENİLƏNİB

Yevlaxda yol qəzası baş verib, xəsarət alanlar var - YENİLƏNİB Yevlax. 5 yanvar. REPORT.AZ/ Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.
Hadisə
5 Yanvar , 2019 11:11
Yevlaxda yol qəzası baş verib, xəsarət alanlar var - YENİLƏNİB

Yevlax. 5 yanvar. REPORT.AZ/ Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Xaldan qəsəbəsi ərazisində baş verən yol qəzasında 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar:

Yevlax rayon sakini, 1989-cu il təvəllüdlü Cavid Əvəz oğlu Kəlbiyev,

Ağdaş rayon sakini, 1966-cı il təvəlüdlü Hüseyn Məhəmməd oğlu Əliyev,

Ağdaş rayon sakini, 1991-ci il təvəllüdlü Ramin Habil oğlu Vəlizadə. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar təcili yardım maşınları ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 


*** 10:19

Yevlax. 5 yanvar. REPORT.AZ/ Yevlax rayonunda yük və minik avtomobilləri toqquşub.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Xaldan qəsəbəsində, yolun Ağdaş rayonu istiqamətinə dönən hissəsində baş verib.

Belə ki, “Qazel” markalı yük maşını “VAZ-21099” markalı minik avtomobilinə çırpılıb. Minik maşını qismən yük maşınının altına düşüb. Qəza nəticəsində iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi