Yevlaxda ağır yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub - YENİLƏNİB

Yevlaxda ağır yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub - YENİLƏNİB Yevlax rayonunda baş vermiş ağır yol qəzasında ölən digər şəxlərin kimliyi məlum olub.
Hadisə
18 Dekabr , 2019 21:45
Yevlaxda ağır yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub  - YENİLƏNİB
Report

Yevlax rayonunda baş vermiş ağır yol qəzasında ölən digər şəxlərin kimliyi məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, Qaraməmmədli kəndində baş verən hadisə nəticəsində Yevlax rayon Qaraməmmədli kənd sakini, 1967-ci il təvəllüdlü İlqar Yaqub oğlu Namazov, Goranboy rayon Xanqərvənd kənd sakini, sürücü, 1974-cü il təvəllüdlü Elman Abbas oğlu Musavi ölüblər. 

Qeyd edək ki, Qaraməmmədli kəndində "Mitsubishi" markalı minik avtomobili ilə yük maşını toqquşub. Qəzada ölənlərin meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yevlax rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


***19:29

Yevlax rayonunda ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Qaraməmmədli kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "Mitsubishi" markalı minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 3 nəfər hadisə yerində ölüb. Artıq onlardan birinin şəxsiyyəti müəyyənləşdirilib. Bu, Goranboy rayonunun Xanqərvənd kənd sakini, 1975-ci il təvəllüdlü Cəlal Şaşa oğlu Rüstəmovdur. Hazırda digərlərinin kimlikləri dəqiqləşdirilir.

Meyitlər Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yevlax rayon şöbəsinə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi