​Yevlaxda 56 yaşlı kişi cərəyan vurması nəticəsində ölüb

​Yevlaxda 56 yaşlı kişi cərəyan vurması nəticəsində ölüb Zərərçəkən xəstəxanaya aparılarkən yolda keçinib
Hadisə
8 Oktyabr , 2015 23:07
​Yevlaxda 56 yaşlı kişi cərəyan vurması nəticəsində ölüb

Bakı. 8 oktyabr. REPORT.AZ/ Yevlaxda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Yevlax Rayon Prokurorluğundan "Report"a verilən xəbərə görə, Varvara kəndində 56 yaşlı yerli sakin Rafiq Vəliyev elektrik naqillərinə toxunub və nəticədə onu cərəyan vurub.

Hadisədən sonra kişi xəstəxanaya aparılsa da, o, yolda dünyasını dəyişib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi