Yevlaxda 5 otaqlı ev yanıb

Yevlaxda 5 otaqlı ev yanıb Birmərtəbəli kürsülü evin yanar konstruksiyaları və ev əşyaları yanıb
Hadisə
11 Yanvar , 2015 21:26
Yevlaxda 5 otaqlı ev yanıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Yevlax rayonu, Aran qəsəbəsində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 196 kv.m olan birmərtəbəli 5 otaqlı kürsülü evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 18:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi