Yevlaxda 3 uşaq atası özünü asıb - YENİLƏNİB

Yevlaxda 3 uşaq atası özünü asıb - YENİLƏNİB Yevlax. 10 fevral. REPORT.AZ/ Yevlax rayonunda özünü asaraq intihar edən şəxsin adı məlum olub.
Hadisə
10 Fevral , 2019 21:26
Yevlaxda 3 uşaq atası özünü asıb - YENİLƏNİB

Yevlax. 10 fevral. REPORT.AZ/ Yevlax rayonunda özünü asaraq intihar edən şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Bəydili kənd sakini, 1973-ci il təvəllüdlü Heydərov Rüfət Məhi oğlu yaxınlarının köməkliyi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İntiharın səbəbi bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Mərhumun üç qız övladı var. Onlardan biri ailəlidir.

Faktla bağlı araşdırmalara başlanılıb. 


*** 19:59

Yevlax. 10 fevral. REPORT.AZ/ Yevlax rayonununda yerli sakin intihar edib.

"Report" Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Bəydili kəndində baş verib. 

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan kənd sakini özünü yaşadığı evdə asaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.

Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yevlax rayon şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi