Yevlaxda 26 yaşlı velosipedçi avtomobil tərəfindən vurulub, sürücü hadisə yerindən qaçıb

Yevlaxda 26 yaşlı velosipedçi avtomobil tərəfindən vurulub, sürücü hadisə yerindən qaçıb Faktla bağlı araşdırma aparılır
Hadisə
12 Sentyabr , 2017 20:36
Yevlaxda 26 yaşlı velosipedçi avtomobil tərəfindən vurulub, sürücü hadisə yerindən qaçıb

Yevlax.12 sentyabr. REPORT.AZ/ Yevlax rayonunda 26 yaşlı velosipedçini avtomobil vurub. 

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Yevlax şəhərində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü, əslən Daşkəsən rayonundan olan Ağasəlim Səlman oğlu Mülan velosipedlə hərəkətdə olarkən naməlum avtomobil tərəfindən vurulub. Sürücü yaralını köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən qaçıb. Ağasəlim Mülan valideynləri tərəfindən təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi