Yevlaxda 2 avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Yevlaxda 2 avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
11 İyul , 2019 02:27
Yevlaxda 2 avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, yol qəzası zamanı Gəncə şəhər sakinləri - 1986-cı il təvəllüdlü  Vüsalə Əli qızı Əliyeva və 1986-cı il təvəllüdlü İsmayıl Nazir oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar xəstəxanaya çatdırılıblar. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.


*** 00:23

Yevlax rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, iki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Yaralılar Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi