Yevlaxda 2 avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Yevlaxda 2 avtomobil toqquşub, 4 nəfər xəsarət alıb Yevlaxda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
19 Mart , 2022 21:19
Yevlaxda 2 avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Yevlaxda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına görə, hadisə Aran qəsəbəsi ərazisində qeydə alınıb. "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Xəsarət alanlar - Tərtər rayon sakinləri, 1992-ci il təvəllüdlü Əkbərli Tural Əjdər oğlu, 1990-cı il təvəllüdlü Quliyev Beyrək Asif oğlu və Yevlax rayon sakinləri, 1996-cı il təvəllüdlü İsmayılov Rəmzi Əkbər oğlu, 1991-ci il təvəllüdlü İsmayılov Anar Əkbər oğlu xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi