Yevlaxda 18 yaşlı gənc yol qəzasında ağır xəsarət aldı

Yevlaxda 18 yaşlı gənc yol qəzasında ağır xəsarət aldı Yevlax rayonunda gəncin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
372
26 İyun , 2021 08:18
Yevlaxda 18 yaşlı gənc yol qəzasında ağır xəsarət aldı

Yevlax rayonunda gəncin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 2003-cü il təvəllüdlü Vahabov Əminşah Pənah oğlu ağır dərəcəli xəsarətlər alıb. O, təcili tibbi yardımın köməkliyi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakı şəhərinə gətirilib. Müayinə zamanı yaralıya alt çənənin sınığı, kəllə-beyin travması və digər müxtəlif dərəcəli xəsarətlər diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi