Yevlaxda 11 yaşlı yeniyetməni yük maşını vurub

Yevlaxda 11 yaşlı yeniyetməni yük maşını vurub Faktla bağlı araşdırma aparılır
Hadisə
5 Dekabr , 2017 20:38
Yevlaxda 11 yaşlı yeniyetməni yük maşını vurub
Foto: Report.az

Yevlax. 5 dekabr. REPORT.AZ/ Yevlax rayonunda 11 yaşlı yeniyetməni avtomobil vurub. 

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Xaldan qəsəbəsinin ərazisində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük maşını yol kənarında dilənən 2006-cı il təvəllüdlü Yevlax rayon sakini Zilan Şahlar qızı Rəsulovanı vuraraq ağır xəsarət yetirib. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, Z.Rəsulova Yevlax rayonunun Qaraçılar məhəlləsinin sakinidir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi