Yevlax sakinləri otlaq sahəsinə görə dalaşdılar, yaralanan var

Yevlax sakinləri otlaq sahəsinə görə dalaşdılar, yaralanan var Yevlax sakini mübahisə zəminində bıçaqlanıb.
Hadisə
6 Fevral , 2020 11:29
Yevlax sakinləri otlaq sahəsinə görə dalaşdılar, yaralanan var

Yevlax sakini mübahisə zəminində bıçaqlanıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Aşağı Salamabad kənd sakini, 1994-cü il təvəllüdlü Orxan Məmmədov xırdabuynuzlu heyvanlarını kənd sakini, 1989-cu il təvəllüdlü Elçin Hüseynova və 1992-ci il təvəllüdlü Araz Qarayevə məxsus yonca və arpa sahələrində otarıb. 

Bu zaman tərəflər arasında mübahisə düşüb. Nəticədə O.Məmmədov A.Qarayevə 2 bıçaq xəsarəti yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisəni törədən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi