Yevlax sakinindən 21 kq-dan çox narkotik götürüldü

Yevlax sakinindən 21 kq-dan çox narkotik götürüldü Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.
Hadisə
754
20 İyul , 2020 12:54
Yevlax sakinindən 21 kq-dan çox narkotik götürüldü

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2020” tədbirlər planına əsasən həyata keçirilən əməliyyat-axtarış tədbirləri keçirilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Yevlax rayonu Havarlı kənd sakini Şahin Tağıyevin yaşadığı fərdi evə baxış keçirilib.

Bu zaman yaşayış evinin həyətyanı sahəsindən 107 ədəd ümumi çəkisi 21 500 kq olan, xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri və ümumi çəkisi 9 144 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi