Bakı. 14 sentyabr. REPORT.AZ/ Yevlax rayon sakini bədbəxt hadisə nəticəsində ölüb. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, Bərdə şəhərindəki evlərdən birində təmir işləri aparan Yevlax rayon sakini Azad Kərimovun üstünə beton plitəsi düşməsi nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.
Faktla bağlı araşdırma aparılır.