Yevlax RİH: "Xəstəxanada yanğın elektrik kabellərindəki qısaqapanmadan baş verib"

Yevlax RİH: "Xəstəxanada yanğın elektrik kabellərindəki qısaqapanmadan baş verib" Yanğın söndürülsə də tüstülənmə davam edir
Hadisə
27 İyul , 2017 15:19
Yevlax RİH: Xəstəxanada yanğın elektrik kabellərindəki qısaqapanmadan baş verib

Yevlax. 27 iyul. REPORT.AZ/ "Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın elektrik kabellərindəki qısaqapanmadan baş verib"

Bunu "Report"un Qərb bürosuna Rayon İcra Hakimiyyəti başçısının müavini Ceyhun Kərəmxanov deyib.

C.Kərəmxanov bildirib ki, xəstələrin və tibb işçilərinin təxliyyəsi başa çatıb: "Xəstəxanada olan bütün xəstələr və tibb işçiləri təxliyə olunublar. Hadisə zamanı 5 xəstə Mengəçevir Rayon Mərkəzi Xəstəxanasına aparılıb, 30-dan çox xəstə isə xəstəxananın həyətinə təxliyyə olunub. Yanğın şaxtada olan elektirik kabellərinin yükə düşməsi nəticəsində yaranmış qısaqapanmadan baş verib. Hazırda əraziyə 5 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın söndürülsə də, tüstülənmə davam edir".

Son xəbərlər

Orphus sistemi