Yevlax- Mingəçevir yolunda avtomobil qəzası baş verib, yaralılar var - YENİLƏNİB

Yevlax- Mingəçevir yolunda avtomobil qəzası baş verib, yaralılar var - YENİLƏNİB Yevlax. 2 avqust. REPORT.AZ/ Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
2 Avqust , 2018 00:06
Yevlax- Mingəçevir yolunda avtomobil qəzası baş verib, yaralılar var - YENİLƏNİB

Yevlax. 2 avqust. REPORT.AZ/ Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı Səmədov Rəvan Kəmil oğlu (1984), Mehdiyev Bəylər Ceyhun oğlu (1999) və Xalidli Rüfət Allahyar oğlu (1997) müxtəlif bədən xəsarətləri alıblar. Hər üç yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


***23:48

Yevlax. 1 avqust. REPORT.AZ/ Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Xaldan yolunda baş verib.

Belə ki, "VAZ-2107" markalı avtomobillə "VAZ-21011" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 3 nəfərin ağır bədən xəsarətləri aldığı bildirilir. 

Yaralılar Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi