Yuxarı

Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satanlar cərimələniblər

​Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satanlar cərimələnib0

Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslər cərimə olunublar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki köşklərdə yetkinlik yaşına çatmayanlara tütün məmulatları satılması faktları aşkar edilib.

Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satdıqlarına görə həmin köşklərin 2 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsi ilə protokollar tərtib edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi