Yetkinlik yaşına çatmayan şəxslərə siqaret satan daha bir satıcı cərimələnib

Yetkinlik yaşına çatmayan şəxslərə siqaret satan daha bir satıcı cərimələnib Bakı. 8 dekabr. REPORT.AZ/ Yetkinlik yaşına çatmayan şəxslərə siqaret satan daha bir satıcı cərimələnib.
Hadisə
8 Dekabr , 2018 13:11
Yetkinlik yaşına çatmayan şəxslərə siqaret satan daha bir satıcı cərimələnib

Bakı. 8 dekabr. REPORT.AZ/ Yetkinlik yaşına çatmayan şəxslərə siqaret satan daha bir satıcı cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, dekabrın 4-də Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Səbail Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə rayon ərazisində reyd keçiriblər. Bu zaman 1 köşkdə satıcının yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları aşkar edilib.

Həmin köşkün satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub.

Son xəbərlər

Orphus sistemi