Yenicə ailə qurmuş nazirlik işçisi infarkt keçirərək ölüb - YENİLƏNİB

Yenicə ailə qurmuş nazirlik işçisi infarkt keçirərək ölüb - YENİLƏNİB Şəhriyar Nikipur bu ilin may ayında iş yoldaşı ilə ailə həyatı qurmuşdu
Hadisə
14 İyul , 2017 11:39
Yenicə ailə qurmuş nazirlik işçisi infarkt keçirərək ölüb - YENİLƏNİB
Report.az

Bakı. 14 iyul. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Şəhriyar Nikipurun vəfatı ilə bağlı açıqlama verib.

Nazirlikdən "Report"a bildirilib ki, qurumun Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Şəhriyar Quşanq oğlu Nikipur 41 yaşında ürəktutmasından dünyasını dəyişib: "Mərhum uzunmüddətli səmərəli fəaliyyəti ilə nazirliyin nümunəvi əməkdaşlarından olub. O, bir sıra beynəlxalq tədbirlərdə çalışdığı qurumu uğurla təmsil edib.

Onun qəfil və vaxtsız ölümünə kədərlənir, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi və kollektivi adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!"

 saat 09:52

Bakı. 14 iyul. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Şəhriyar Nikipur vəfat edib.

"Report" məlumatına görə, Ş.Nikipur keçirdiyi infarkt nəticəsində qəfildən dünyasını dəyişib.

Qeyd edək ki, o, nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı olub. Ş.Nikipur bu ilin may ayında iş yoldaşı ilə ailə həyatı qurmuşdu.

Son xəbərlər

Orphus sistemi