Yuxarı
    Bağlamaq

    ​Yeni ilin ilk günündə Qazaxda ev yanıb - FOTO

    Səhər saatlarından yağan qar da alovun sönməsinə kömək olmayıb

    Bakı. 1 yanvar. REPORT.AZ/ Yeni ilin ilk günündə Qazaxda ev yanıb. Səhər saatlarından yağan qar da alovun sönməsinə kömək olmayıb.

    "Report" xəbər verir ki, yanğın şəhərin Bakı küçəsində, Eldəniz Əzizova məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evdə baş verib.

    Hadisə zamanı evin yanar konstruksiyaları və əşyaları 70 kv.m sahədə yanaraq yararsız hala düşüb. Yaşayış binasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

    Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. İki avtomobil və xeyli canlı qüvvə yaşayış evində baş verən alovu söndürə bilib.

    Yanğının baş vermə səbəbləri araşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi