“Yelo Bank”ın “EasyPay”ə qarşı 326 min manatlıq iddiası təmin edilib

“Yelo Bank”ın “EasyPay”ə qarşı 326 min manatlıq iddiası təmin edilib 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində “Yelo Bank” ASC-nin (NikoylBank) “EasyPay” MMC-yə qarşı 326 min 484 manat 72 qəpik pul tələbinə dair iddiaya baxılıb.
Hadisə
28 Dekabr , 2019 10:42
“Yelo Bank”ın “EasyPay”ə qarşı 326 min manatlıq iddiası təmin edilib

2 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsində “Yelo Bank” ASC-nin (Nikoyl Bank) “EasyPay” MMC-yə qarşı 326 min 484 manat 72 qəpik pul tələbinə dair iddiaya baxılıb.

"Report" xəbər verir ki, hakim Leyla Əliyeva iddianın təmin edilməsi barədə qərar çıxarıb.

Qərara əsasən, “Easypay” MMC-dən əsas borc və faiz daxil olmaqla ümumilikdə 326.484,72 manat, həmçinin 30 manat dövlət rüsumu tutularaq “Yelo Bank” ASC-yə ödəniləcək.

Qeyd edək ki, tərəflər arasında müqaviləyə əsasən, “EasyPay “ MMC ödəmə terminalları vasitəsilə ödəyicilərdən yığılan bank kreditlərinin və istənilən digər ödənişlərin yığılması, yığılan vəsaitlərin sifarişçinin hesablaşma hesabına köçürülməsi ilə bağlı xidmət göstərməli idi. Lakin iddiada qeyd edilir ki, “EasyPay” MMC müqavilənin şərtlərini pozaraq, müqavilə öhdəliklərini icra etməkdən boyun qaçırıb.

Bu səbəbdən də bank məhkəməyə müraciət edib.

Son xəbərlər

Orphus sistemi