Bakı. 24 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikası
DGK-dan “Report”a verilən məlumata görə, komitə sədri iki qardaş ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərindən məmnunluqla bəhs edib, iqtisadi əlaqələrin, eyni zamanda, gömrük sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.
Prezident
Artıq Azərbaycanın dünyanın ən inkişaf etmiş ölkələrindəki gömrük sisteminə sahib olduğunu bildirən komitə sədri, yeni layihələr barədə də qonaqları məlumatlandırıb, bu il fevralın 1-dən tətbiq ediləcək "Yaşıl dəhliz" buraxılış sisteminin ticarətin asan, sürətli və maneəsiz şəkildə həyata keçirilməsinə münbit şərait yaradacağını diqqətə çatdırıb. Səfər Mehdiyev eyni zamanda Azərbaycan gömrüyünün dünya gömrük ailəsinin etibarlı üzvünə çevrildiyini qeyd edib, 2019-cu ildə ölkədə narkotiklərlə mübarizə, informasiya texnologiyaları sahəsində mühüm tədbirlərin keçiriləcəyini bildirib.
MÜSİAD-Azərbaycanın İdarə Heyətinin sədri Abdurrahman Uzun tarixi köklərə dayanan Azərbaycan-Türkiyə münasibətlərinin daim inkişaf etdiyini qeyd edib, Azərbaycanda fəaliyyət göstərən iş adamları üçün bütün sektorlarda olduğu kimi, gömrük sahəsində də münbit şəraitin yaradıldığını diqqətə çatdırıb. Təmsil etdiyi qurum haqqında məlumat verən İdarə Heyətinin sədri MÜSİAD-ın dünyanın bir çox ölkəsində nümayəndəliklərinin fəaliyyət göstərdiyini, minlərlə biznes nümayəndəsini birləşdirdiyini bildirib.
Azərbaycan gömrük sistemində aparılan islahatları yaxından izlədiklərini və müsbət qiymətləndirdiklərini diqqətə çatdıran MÜSİAD təmsilçisi görülən işlərin iqtisadiyyatın və beynəlxalq ticarətin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.
Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.