Yasamalda yol qəzası olub, xəsarət alan var

Hadisə
  • 30 avqust, 2021
  • 03:38
Yasamalda yol qəzası olub, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Məmmədova Aygün Oruc qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bazu sümüyünün yerdəyişən qəlpəli sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.