Yasamalda yol-nəqliyyat hadisəsində motosikletçi yaralanıb

Yasamalda yol-nəqliyyat hadisəsində motosikletçi yaralanıb Bakının Yasamal rayonunda 18 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Hadisə
30 May , 2024 02:16
Yasamalda yol-nəqliyyat hadisəsində motosikletçi yaralanıb

Bakının Yasamal rayonunda 18 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report" xəbər verir ki, 2006-ci il təvəllüdlü Cəfərov Ruslan Bəxtiyar oğlunun idarə etdiyi motosiklet qarşı tərəfdən gələn minik avtomobililə toqquşub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır .

Son xəbərlər

Orphus sistemi